MİLLİ QƏHRƏMANIN OĞLU RƏİS MÜAVİNİ OLDU - Vilayət Eyvazovdan daha bir təyinat

Daxili İşlər Nazirliyində daha bir mühüm vəzifəyə təyinat gerçəkləşdirilib.

Strateq.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – məşhur Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur.

Fotoda: Milli Qəhrəman Şirin Mirzəyev (ortada)

635x100

Şərhlər

Mirzə AĞ 2019-08-27 20:37:36

Çox sevindim! Nazirə təşəkkür! Mübarəkdir! Komandirin ruhu şad olsun!!!

Son yazılar