"Putin başqa bir dondurulmuş münaqişə istəyir" - Yatsenyuk

Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyir ki, Rusiya prezidenti Vladimir Putin-in məqsədi ölkəsinin müstəqilliyini məhv etməkdir.

O, Kiyevdə beynəlxalq konfransda çıxış edərkən deyib ki, «Putin başqa bir dondurulmuş münaqişə» istəyir.

Yatsenyuk onu da bildirib ki, Rusiya «qlobal qaydaları və Avropanın təhlükəsizliyini hədələyir». O, mayın 5-də Ukrayna və separatçılar arasında Minskdəki razılaşmanı döyüşü dayandırmaq üçün ilk addım sayır.

Baş nazir deyib ki, AB-nin və ABŞ-ın yeni sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərbədir.

Bu arada Ukrayna rəsmiləri deyirlər ki, atəşkəsə baxmayaraq, rusiyameylli qüvvələr Donetskdəki aeroporta hücum ediblər. Hücumun qarşısı alınıb.

Donetsk şəhəri separatçılarda olsa da, aeroporta hökumət qüvvələri nəzarət edir.

Atəşkəsin pozulması ilə bağlı tərəflər bir-birini ittiham edir.

Bu ərəfədə Rusiya mediası Moskvanın separatçılarda olan Luqanska humanitar yardım karvanı göndərdiyini yazıb. Belə bir karvan ötən ay da Kiyevin rəsmi icazəsi olmadan Ukraynaya daxil olmuşdu.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar