“BİR ARTEZİANIN VURULMASINA 20 MİN İSTƏYİRLƏR” - “Əli Əhmədov bazarla yanaşı əkin sahələrini də gəzsəydi...”

Şəmkirdə 17 illik meyvə bağı məhv edilib

Şəmkirdə 17 illik böyük meyvə bağı bərbad suvarma sistemi, meliorasiya işlərinin aparılmaması səbəbindən məhv olub. Bununla bağlı məlumatı jurnalist və sahibkar kimi tanınan Şahin Nəcəfov öz “feysbuk” səhifəsində paylaşıb.

“AzPolitika.info”nun məlumatına görə, Şəmkirdə yaşayan fermer Şakir Yunusovun meyvə bağından görünrtülərin əks olunduğu paylaşımda bildirilir ki, müvafiq qurumlar tərəfindən su və melioarasiya işlərinin təşkil edilməməsi səbəbindən 500 ton meyvə məhv olub. Fermer heç bir qurumun ona dəstək vermədiyini, əvəzində bir artezianın qazılması üçün 20 min manat tələb edildiyini bildirir. Hansı ki, bu iş üçün prezidentin fondundan vəsait ayrılıb və həmin iş pulsuz həyata keçirilməlidir.

Sahibkarın şikayətlərinin və korrupsiya ittihamlarının əks olunduğu statusu təqdim edirik: “Ölkədə meliorasiya işinin düzgün təşkil edilməməsi kənd təsərrüfatında uğursuzluğumuzun ən böyük səbəbidir. Meliorasiya və su təsərrüfatı işi günün tələbinə uyğun təşkil edilmədən, bu sahədəki pərəkəndəlik və korrupsiya ortadan qaldırılmadan, vahid idarəçilik və cavabdehlik yaradılmadan kənd təsərrüfatında uğur əldə etmək mümkün olmayacaq.

Şəmkirli fermer Şakir Yunusovun məhv olmuş meyvə bağlarından video paylaşıram. 30 hektara yaxın alma, gavalı, zoğal, armud , üzüm bağları su dərdindən demək olar ki, tamamilə məhv olub. 17 il ömür verib yaratdığın bir bagın gözünün önündə məhv olması ayrı bir dərddir. Orta hesabla bu bağlardan bu il ən azı 450-500 ton meyvə toplanmalıydı. Hamısı məhv olub getdi.

Amma bir nəfər də olsun yetgili şəxs, dövlət qurumu maraqlanmadı. Zatən bizim məmurlar dirinin yiyəsidirlər, batanla işləri olmaz... Sahibkarın öz hesabına vurdurduğu artizian quyusu bu ilin əvvəllərindən xarab olub. Sahibkarın döymədiyi qapı qalmır, xahiş edir, yalvarır, minnətci düşür ki , öz hesabına artizian quyusunun bərpa olunması ücün texnika versinlər . Deyirlər texnikamız yoxdur , adınızı gələn ilin növbəsinə yazırıq. Nə yazıq ki , gələn ili gözləməyə taqəti qalmayan meyvə ağacları bu il meyvə yox, can verdi. Bu il bağlarda 500 ton meyvə batıb getdi.

Meyvənin bazarda baha olmasından şikayət edən Baş nazirin müavini Əli Əhmədov bazarla yanaşı əkin sahələrini də gəzsəydi problemin onun da daxil olduğu hökumətdən qaynaqlandığını bəlkə də ürək ağrısı ilə izləyərdi.”

Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ölkənin ən varlı məmurlarından biri sayılır. Mətbuatda onun ailəsinin əmlakının və biznes obyektlərinin geniş siyahısı dərc olunub.  Belə görünür ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin başı öz bizneslərini genişləndirməyə qarışdığından, ölkə vətəndaşlarının problemləri ilə məşğul olmağa vaxt tapmırlar... 

AzPolitika.info

 

635x100

Şərhlər

Araşdırmaçı 2019-08-28 08:53:03

Belə məmurlar öz tayfası üçün çalışırlar?Şəki də yalnız Su İdarəsinin müdiri Bayram Məmmədovlara əl tutur. Əhmədzadənin hesabına bu qardaşlar dövlətin milyonlarını mənimsəyiblər ? vəzifədə onlara verilib ?Qardaşı Məmmədəli Hacınohur suvarma idarəsinin müdiri,həmdə kəndin Bələdiyyə sədridir,Bayramın savadsız oğlunu Şəki Arxiv müdiri təyin etdilər,bir qardaşı traktorist Oruc,indi olub Oruc müəllim,Tikinti idarəsinə başçılıq edir,hamısının da əlində Rusiyanın saxta diplomları,qardaş Nəsir də Əfqan firmasına rə

Elli 2019-08-28 08:53:03

buna məsuliyyətsizlik deyərlər.

EJDER 2019-08-28 08:53:03

AYE,BU ANALOQU OLMAYAN HOKUMET ANCAQ BOW BOW DANIWMAQI BILIR,HA HA HA .LUKAWENKO CANI.

ARIF 2019-08-28 08:53:03

GUBA BAGLARINI VIRAN GOJAN INSANA BENZER GUBA TESERUFATLARI MEHV OLUB BU GISHI NE EDECEJIK BILMIRIK BU BASHI BELA SEDRIN BIR GOCUSU VAR ADI ZAKIRDI SDK REISI KANAL GIRAGI TORPAGLARI OZ ADI ISHCI OLAN ADAMLARINA PAJLAJIB PUL JIGIR SHEF YCYN MIN BIR EZIJETLE ERSEJE GELEN BAGLAR BOSTANLAR MEHV OLUB SUSUZDUGDAN CEZANIZI ALLAH VERECEK

Bashirov Qarib 2019-08-28 08:53:03

Dövlət budcəsindən bu sahəyə son illər 5 milyard pul ayrılıb.Artezian quyularının vurulması uçun fermerlərdən ruşvət istəyirlər ki, plana salaq.Suni su platinaları lildən təmizlənmədiyindən təbii su ehtiyatları idarə olunmur.Qalan su limitlərini də məmurların tarlalarına verilir.Kənd əhalisi də torpaqlarını dəyər-dəyməzə satıb kəndi tərk edir... Ə.Əhmədov da deyir kartofu 1,2 manatdan yuxarı satmayın.

Son yazılar