Aprel ayında həbs olunmuş “nurçu”lar azadlığa buraxılıb

Türkiyə mediası Ərdoğanın Bakı səfəri zamanı həbsdə olan “nurçu”ların məsələsini qaldırdığı və bundan sonra onların azadlığa buraxıldığını yazır

Bu ilin aprelində polis tərəfindən həbs olunmuş “nurçu”lar azadlığa buraxılıb. Bu barədə Türkiyənin risalehaber.com saytı məlumat verib. Saytın məlumatında qeyd olunur ki, aprel ayında polisin “nurçu”ların mərkəzlərində keçirdiyi əməliyyat zamanı həbs olunmuş 3 nəfərin taleyi Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı İlham Əliyevlə görüşdə müzakirə olunub.

Ərdoğanın Bakı səfərindən az müddət sonra isə “nur tələbələri” (nurçular özlərini bu cür adlandırır- K.) azadlığa buraxılıb. Saytın xəbərində qeyd olunur ki, aprel ayından həbsdə olan nur tələbləri İsmayıl Məmmədov, Eldəniz Hacıyev və Rəvan Səbzəliyevi həmfikirləri təcridxananın qarşısında qarşılayıblar. Azərbaycanlı nurçular bildirib ki, onları yanlış anlaşılma üzündən həbs ediblər. “Risaleyi-Nurin” kitabının imanı xilas etmə mübarizəsi olduğunu qeyd edən yerli nurçular siyasi hədəflərinin olmadığını bir daha sübuta yetirildiyini deyiblər.  /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar