"Qalatasaray" sponsorlarının adını rəsmən açıqladı - Foto

İstanbul klubu forma sponsorlarının adını rəsmən açıqlayıb

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qalatasaray"ın Super Liqa və Türkiyə Kuboku matçlarında geyinəcəyi formaların üzərinə "Huawei Telekomünikasyon" yazılacaq. Komandanın Çempionlar Liqası formalarının sponsoru isə Türk Hava Yolları olacaq. Formaların üzərinə "Turkish Airlines" yazılacaq.

Qeyd edək ki, dünən "Qalatasaray"ın SOCAR-la anlaşması barədə Türkiyə mətbuatı məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti klubun Super Liqa və Türkiyə Kubokunda geyinəcəyi formalara sponsorluq edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar