Timoşenko Avropa Birliyini ittiham etdi

Keçmiş baş nazir “torpaqları vermək olmaz”, dedi

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko tele-çıxışı zamanı bəyan edib ki, Donbasın əldən çıxmasına imkan vermək olmaz. Ancaq o barədə də danışmaq lazımdır ki, nə olacaq, öldürülən ukraynalılar haqqında da danışmalıyıq. Ukraynada tikiləcək “Berlin divarı” da bir mövzudur.

Onun sözlərinə görə Minskdə əldə olunmuş razılıq Ukraynanın əleyhinədir və ölkənin parçalanmasına yönəlib.

“Avropanın və ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyaların fonunda bizə yeni danışıqlar lazımdır. Bizim vətənpərvərlərin ölməsinə ehtiyac yoxdur, bizim komandirlər, bizim əsgərlər yaşamalıdır. Sadəcə yeni vəziyyətə uyğun, yəni güclü tərəf kimi danışıqlar aparmaq lazımdır. Torpaqları vermək olmaz. Minskdə əldə olunmuş protokol əslində Ukrayna müstəvisində “Berlin divarları” ucaltmaq deməkdir”, Yuliya Timoşenko deyib.

Keçmiş baş nazir hesab edir ki, Ukraynanın Avropa Birliyinə qəbulunun 31 dekabr 2015-ci ilə qədər təxirə salınması Avropa Birliyinin Rusiyanın təzyiqi qarşısında çıxardığı qərardır.

“Nədən Ukrayna- Avropa Birliyi arasındakı Assosiasiya Sazişi sənədləri 2 ay müddətinə öz təsdiqini tapmadı? Məsələn, Moldova həmin sənədi 1-2 gün sonra ratifikasiya etdi. Bizim isə sənədləri 2 ay ərzində müzakirələrdən kənarda saxladılar. Biz Avropa Birliyindən bunu tələb etdik, dedik ki, dərhal ratifikasiyanı başa çatdırın. Ancaq onlar Rusiyanın şantajı qarşısında duruş gətirə bilmədilər. Biz yenidən bu məsələyə qayıtmalıyıq”, keçmiş baş naziri Yuliya Timoşenko deyib. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar