Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə şirkəti arasında protokol imzalandı

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin “ASELSAN” şirkəti arasında niyyət protokolu imzalanıb.

APA-nın məlumatına görə, imzalanmış protokola əsasən, şirkətin iştirakı ilə Bakıda müxtəlif təyinatlı rabitə vasitələrinin istehsalı həyata keçiriləcək.

Bura həm mülki təyinatlı rabitə vasitələri, həm də hərbi təyinatlı müxtəlif rabitə vasitələri daxildir.

Qeyd edək ki, ötən gün də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodu ilə “ASELSAN” arasında birgə müəssisənin yaradılması və gecə görmə nişangahının istehsalına dair müqavilə imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar