Voleybolçularımız Estoniyaya qalib gəlib - Avropa çempionatı

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, C qrupunda yer alan Azərbaycan millisi bu gün 4-cü turda autsayder Estoniya ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Qrupun digər oyununda Xorvatiya Macarıstanla üz-üzə gələcək.

17:30.Azərbaycan - Estoniya - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11)

Bu matçdan sonra Azərbaycan voleybolçuları üçüncü pillədəki yerlərini qoruyublar.

Qeyd edək ki, millimiz son oyununda Rumıniya ilə üz-üzə gələcək. İlk 4 pillənin sahibi 1/8 finala vəsiqə qazanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar