“Ukrayna hadisələrinə görə Poroşenko, Obama, Rasmussen və Barozzu suçludur"

Tribunaldan sensasion bəyanat

“Facebook”da Venetsiya Respublikasının yaranması uğrunda mübarizə aparan Albert Qardinin təşkil etdiyi Tribunal mübahisəli qərar çıxarıb. Təşkilat Komitəsinin sədri olaan cənab Qardini bəyan edib ki, Ukrayna hadisələrinə görə, xüsusən Donbasda baş verən qırğınlara görə Poroşenko, Obama, Rasmussen və Barrosu müqəssirdir. Rusiyanın isə bu məsələdə heç bir suçu yoxdur. Bu bardə РИА «Новости» xəbər yayıb.

Əvvəllər qeyd olunurdu ki, bu qeyri-rəsmi Tribunalda Avropa Şurasının sədri Herman van Rompuyun da adı hallanıb. Ancaq çıxarılan hökmdə onun adı hallanmır.

Agentlik bildirir ki, qeyri-rəsmi Tribunalda cəmi 10 nəfər iştirak edib. İştirakçılar arasında əslən Luqanskdan olan Cülleta Keza da olub. O, öz qohumlarının dediklərinə istinad edərək şərqi Ukraynada baş verən dəhşətli hadisələrdən söhbət açıb.

Tribunalda iştirak edən hər kəsi dinləyən hakim sonda çıxardığı hökmü elan edib. İndi həmin hökm BMT-yə, ATƏT-ə və Beynəlxalq Cinayət Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, bu kimi qeyri-rəsmi tribunal ilk dəfə 1967-ci ildə ingilis filosofu Bertran Rassel və fransız Jan-Pol Sartr tərəfindən təşkil olunub. Həmin Tribunal zamanı Amerikanın Vyetnama hərbi müdaxiləsi müzakirə olunub. Sonralarsa bu kimi tribunallar Çili, İraq, Fələstin və başqa dövlətlərlə bağlı keçirilib. Bu hökmlərin heç bir hüquqi gücü yoxdur. Ancaq ictimai-siyasi baxımdan təbliğatda geniş istifadə olunur.

Elə bu məhkəmənin gedişini izləmək üçün də dünyanın bir çox yerlərindən media nümayəndələri tədbirə qatılıblar. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar