"Xəzər Lənkəran" 10 nəfərlə "Neftçi" ilə bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turu üzrə növbəti oyunu keçilib.

Turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Burada “Neftçi” əzəli rəqibi olan “Xəzər Lənkəran”ı sınağa çəkib. Qarşılaşma "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunun 41 dəqiqəsində "Neftçi"nin oyunçusu Saşa Stamenkoviçə, 90+2 dəqiqə əlavədə isə "XəzərLənkəran"ın oyunçusu Tieqo de Xesusə qırmızı kart verilib.

Avropa Liqasında yeganə təmsilçimiz “Qarabağ” səfərdə AZAL-ın qonağı olacaq. “Simurq” isə doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlir.

Qeyd edək ki, tura sabah keçiriləcək "Bakı" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq. /qol.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar