QARABAĞI ALMALI OLAN GENERALLAR...

Seymur Verdizadə

Səfər Əbiyev müdafiə naziri işləyəndə, hərbi hissələrin qapıları mətbuatın üzünə bağlı idi. Milli Orduda baş verən neqativ hallardan yazanda, vətənşüvənlər özlərinə əl qatırdılar: "Düşmən bizə baxır. Ordunu gözdən salmayın!"

Bu, həmin vaxt idi ki, Milli Ordu fərsiz generalların qazanc mənbəyinə çevrilmişdi. Qarabağı almalı olan komandirlər hər il Bakıda bir ev alırdılar. Zabitlər əsgərlərlə qul kimi davranır, onların valideynlərini soyurdular. Övladları hərbi xidmətdə olan valideynlərin işi-gücü komandirlərə kontur yükləmək idi...

Ordu üzərində ictimai nəzarət olmalıdır. Çünki ordu xalqa məxsusdur. Orda bizim övladlarımız xidmət edir. Şəxsən mən hərbi xidmətdə olanda çəkmələrimi atam alırdı. Bu mənfi tendensiya uzun illər davam etdi. Məhz bu hisslərin təsiri altında 10 il əvvəl belə yazmışdım: "Vətənin bir cüt təzə çəkmə qıymadığı əsgərlər öz cavan canlarını Vətənə qıymaq üçün növbəyə düzülüblər".

Tolstoy dəqiq ifadə edib: "Vətənpərvərlik əclafların sonuncu sığınacağıdır".

On bir-on iki il əvvəl “Səfərbalanın ac əsgərləri" adlı məqalə yazanda, ən müxtəlif cinahlardan hücumlara məruz qalmışdım. Mənə "ağıl öyrədən" buqələmunlar, əslində, Ordunun yox, Səfər Əbiyevin təəssübünü çəkirdilər. Yaltaqlıq bəzi adamların qanına o qədər dərin işləmişdi ki, nazirin gözünə xoş görünmək üçün hətta əsgər ölümlərinə də haqq qazandırırdılar...

Son vaxtlar bir neçə dəfə müxtəlif hərbi hissələrdə qonaq olmuşam. Hətta iki dəfə əsgərlərlə birlikdə nahar etmişəm. Etiraf edirəm, 110 kiloqram çəkimə rəğmən, bir əsgər üçün nəzərdə tutulmuş yeməyin yarısını yeyib qurtara bilmədim. Dadına isə söz ola bilməzdi...

Şübhəsiz ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Hərbi hissələrimiz ən müasir silahlarla təchiz olunub. Amma bir məsələ var, axı biz o silahları muzeyə qoymaq üçün almamışıq. O silahlardan istifadə etməyin vaxtı çatıb. Paşinyan Azərbaycan xalqının əsəbləri ilə oynayır. Ona yerini göstərmək lazımdır. Açıq cəmiyyətdə yaşadığım üçün mən bu arzumu rahat şəkildə dilə gətirməkdən, yazmaqdan çəkinmirəm. Kimin xoşu gəlmirsə, mənim adımı özünün "qara", "qırmızı", "sarı" siyahısına yaza bilər. Əsas odur ki, oxucunun yanında mənim üzüm ağdır. Azərbaycanda bir qrup adam var ki, səlahiyyətləri çatsa, jurnalistlərin qollarını zəncirləyər. Bu adamlardan olsa, biz ancaq güldən-bülbüldən yazarıq.

İntiharla bağlı xəbərlər yenə müzakirə mövzusuna çevrilib. Ötən gün sarsaq bir rəylə qarşılaşdım: "Jurnalistlər intihar xəbərlərini yazdıqları üçün bu halların sayı artır". İnsanları işsizlik, sıxıntı, məmur özbaşınalığı intihara vadar edir. İmkan verin, neqativ hallardan yazaq, rüşvətxor, yekəxana məmurlara öz yerlərini göstərək. İctimai nəzarət nə qədər güclü olsa, özbaşınalıq edən adamların meydanı bir o qədər daralar.

Hakim sifarişli hökm çıxarır, həkim pulu olmayan xəstəyə baxmır, prokuror iş adamına gözünü ağardır, məmur qəbuluna gələn vətəndaşa sifətini bozardır, ehtiyac övladın yanında atanın üzünü qızardır...

Nə deyirsiniz, indi bunlardan yazmayaq? Özümüzü karlığa, korluğa qoyaq, siz də gecə-gündüz talayasınız?

Ay sizi... ölməyəsiniz. Yaşayın ki, əməllərinizin bədəlini ödəyə biləsiniz...

635x100

Şərhlər

Eldar 2019-08-29 16:31:10

Esgeri sevmeyenler,kimliyinden asili olmayaraq,bilin...Onlar dusmenin dostudurlar.

Patriot.mamed 2019-08-29 16:31:10

Seymur bildiyin məsələ və məlumatları yaz cəfəngiyyatdı sənin yazdıqların.

hərbici pensiyacı 2019-08-29 16:31:10

alsın. bu insanlar arasında bir necə döyüş generalı onlarla əfqanıstan qarabag kecmiş polkovniklər yüzlərlə nisbətən aşagı rütbəli zabitlər vardı.səfərbala həmin zabitlərdən coxuna hec mənzil belə vermədi.baxmayaraqki mənzil fondunda kifayət qədər mənzil var idi. hətta jek in fəhlələri belə evlə təmin olunduguna baxmayaraq səfərbalanın qəzəbinə gəlmiş zabitlər bu gündə mənzil ala bilməyiblər.onun düzəltdiyi donqili generalların bəziləri tabor komandiri səviyyəsindədə deyil.

hərbici pensiyacı 2019-08-29 16:31:10

səfərbala axunbala oglunun azərbaycan ordusuna savadlı bacarıqlı zabitlərə vurdugu ziyanıhec nə ilə müqayisə etmək olmaz.səfərbalada düzgün əqidəli zabitlərə qarşı elə bir kin qisas hissi vardıki o azqala ohisslərdən alışıb yanırdı öz nifrətini günahı oldu olmadı müxtəlif vasitələrlə prokurorluq vasitəsilə həmin zabitlərin başına tökürdü. o xoşu gəlməyən zabitin vəzifəsini birdən 2 pillə aşagı salır rütbəsin alır dama basdırır qüsurlu zabit edir pensiyaya cıxmaga 1 ay qalmış 2 pillə aşagı salırki az pensiy

yusif 2019-08-29 16:31:10

azerbaycan oedusu qazetinin bir redaktoru var idi- ibrahim rustemli. o oqlu sehid olan analara imkan vermirdi ki metbuat konfransi kecirsin- Sefer ebiyevin qocularindan biri idi. Hec bir herbi tehsili yox idi-pedqoji institutu qiyabi qurtarmisdi-amma polkovnik kimi ordudan ... indi de vetenperverlikden dem vurur.Esger analari ve sehid ailelerinin yrddasinda o bir ... kimi qalib.

Elli 2019-08-29 16:31:10

Obyektivliyə görə çox sağ olun Seymur müəllim. Sizi dəstəkləyirik!

SƏFƏR ƏBİYEV VƏSİYYƏT EDİB Kİ: 2019-08-29 16:31:10

"Öləndə onu üzü üstə basdırsınlar ki.... ÇÜNKİ: indiki geydirmə URUS dili müəlliməsindən GENERALİTETƏ YÜKSƏLƏNLƏRİN SƏRİŞTƏSİZ İDARƏÇİLİYİN HƏLƏ MİQ-29 KİMİ ÇOXLU SU APARACAQ-ÖZÜ DƏ QEYRİ-DÖYÜŞ ŞƏRAİTİNDƏ...

t.ədalət 2019-08-29 16:31:10

Səfərbala Axundbalayeviç və onun başına topladığı anti-Azərbaycan zabitlərin hesabına ordumuz böyük maddi ziyan və canlı itkiyə məruz qalıb.Onun vaxtında orduya gətirilib ali rütbələr verilən anası erməni zabitlərdən bəzisi hələ də i. başındadır...

Son yazılar