NATO Ukraynaya silah göndərməyə başladı

NATOUkraynanın müdafiə naziri: “NATO artıq bizə silah göndərir”

NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə naziri Valeriy Geletey yerli “Pyatıy kanal” telekanalına müsahibəsində bildirib.

Qurumun rəhbəri bildirib ki, o, bu günlərdə NATO-nun Uelsdə keçirilmiş sammitində prezident Pyotr Poroşenkonu müşayiət edib. Valeriy Geletey qapalı formatda dünyanın aparıcı ölkələrinin müdafiə nazirləri ilə Ukraynaya silah tədarükü məsələsini müzakirə etdiyini qeyd edib: “Tədarük prosesi artıq başlayıb”, deyə nazir əlavə edib.

Bundan əvvəl Poroşenko da Kiyevin NATO ölkələri ilə birbaşa silah tədarükünə dair razılığa gəldiyini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar