Sevil massivinin yoxa çıxan işçisi tapıldı - Yenilənib

Təsisçisi və rəhbəri həbs edilmiş “Sevil” MMC-nin əməkdaşı, tikinti sahəsində çalışmış və bir neçə gün əvvəl yoxa çıxan Vuqar Qurbanovun yeri bəlli olub.

Bu barədə məlumatı İnterpress.az-a V.Qurbanovun qardaşı Xəqani Qurbanov verib.

Onun sözlərinə görə, cümə günü saat 16:00-dan etibarən xəbər almaq mümkün olmayan Vuqar Qurbanovun harda saxlanıldığı nəhayət bu gün məlum olub: “Bizə məlumat verildi ki, Vüqar Abşeron rayon Polis İdarəsində saxlanılır. Ona 15 sutka həbs verilib. Ancaq bunun səbəbləri barədə heç bir məlumat ala bilməmişik. Qardaşımın nə etdiyi, nə üçün cəzalandırıldığı məlum deyil. O da “Sevil”lə bağlı əziyyət çəkənlərədn biri olub. İşləyib, ancaq pulunu ala bilməyib. Elə pulunu almaq üçün də evdən çıxıb və itkin düşüb. 3 günlük axtarışdan sonra onun Abşeronda saxlandığını bildiriblər”.

 * * * 

Bu barədə anspress-ə itkin düşən 1977-ci il təvəllüdlü Vüqar Əlvan oğlu Qurbanovun həyat yoldaşı Gülnar Qurbanova məlumat verib.

G.Qurbanovanın sözlərinə görə, onun həyat yoldaşı dünən səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

"Vüqar "Sevil" massivində tikintidə usta işləyirdi. Massivlə bağlı cinayət işi açılandan sonra o, bir neçə ayın maaşını ala bilmədi. Bununla əlaqədar Vüqar və onun iş yoldaşları etirazlar da ediblər. Dünən isə Höküməli bələdiyyəsindən Vüqara zəng gəlib. Deyiblər ki, maaşınızı gəlib götürə bilərsiniz. Vüqar da onunla birlikdə işləyən dostuna zəng edərək deyib ki, maaşlarımızı verirlər, gəl gedək alaq. Lakin o saatdan sonra Vüqara zəng çatmayıb. Dostu təyin etdikləri görüş yerində Vüqarı uzun müddət gözləyib. Hazırda Vüqardan heç bir xəbər yoxdur", deyə G.Qurbanova bildirdi.

O, həmçinin qeyd etdi ki, V.Qurbanov heç Hökuməli bələdiyyəsinə gedib çıxmayıb.

G.Qurbanova məsələ ilə bağlı Səabil rayonu 9-cu polis bölməsinə ərizə ilə müraciət edib.

Bölmə ilə biz də əlaqə saxladıq. Bölmədən bildirdilər ki, V.Qurbanovun ailəsi ərizə ilə müraciət edib və itkin düşən şəxsin tapılması istiqamətində işlər aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar