“Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrup mərhələsinə yüksəldi

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. APA-nın məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin “Linfild”lə duelində qazanıblar.

Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa biliblər.

Xayme Romeronun erkən qolu “Qarabağ”ı önə çıxarıb. Abdullah Zubir isə görüşün sonlarında ikinci qolu vurub. Bu iki qol Azərbaycan çempionuna qələbə qazandırıb. Artırılma dəqiqələrdə Şeyn Leyverinin dəqiq zərbəsi isə təsəllidən başqa bir şey olmayıb.

“Linfild” üzərində 2:1 hesabı ilə qələbə “Qarabağ”a ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynamaq imkanı verib. 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində olduğu kimi yenə Avropa Liqasının qrupunda oynayacaq ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasının ən güclüləri sırasında mübarizə aparıb.

Xatırladaq ki, səfərdəki ilk görüşdə “Qarabağ”  2:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib.

“Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1

Baş hakim: Sergey İvanov (Rusiya)

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment.

Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel

Baş məşqçi: David Hili

Bakı. T.Bəhramov adına Respublıika stadionu

İlk oyun – 2:3

635x100

Şərhlər

Elli 2019-08-29 22:00:02

Sağ olun uşaqlar. Qrup mərhələsinə çıxmağınız münasibəti ilə sizi təbrik edirik.

Son yazılar