107 ukraynalı hərbçi həlak olub

Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlərdə 107 hərbçi itirib.

Bu barədə Ukrayna müdafiə naziri Valeri Geletey yerli “Pyatıy kanal” telekanalına müsahibəsində bildirib.

“Güman ki, cəsədlərin tanınması davam edəcək, lakin bu günə olan rəqəm 107-dir. Biz ən yaxşı vətənpərvərlərimizi itirdik”, deyə o bildirib.

Xatırladaq ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və könüllülərin bir neçə batalyonu İlovaysk yaxınlığında mühasirəyə düşüb. Baş prokuror Vitali Yarema sentyabrın 10-da o zaman azı 200 nəfərin həlak olduğunu bildirib.

Həmin hadisələrin araşdırılması məqsədi ilə Ali Rada müvəqqəti istintaq komissiyası yaradıb. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar