"Apple" iPhone 6-ya görə üzr istədi

“Apple” in baş direktoru Tim Cook üzr istəyib

“Apple” şirkəti iPhone 6-nı istehsal edərkən səhvə yol verib.

ANS PRESS-in məlumatına görə, şirkət iPhone 6-da xəritə tətbiqində səhv edib. Buna görə də “Apple” in baş direktoru Tim Cook üzr istəyib.

Xəbərə görə, iPhone 6-da olan xəritədə Kanadanın bir neçə şəhərinin yeri səhv göstərilib.

Baş direktor məsləhət görüb ki, səhv aradan qaldırılana qədər istifadəçilər “Google” və “Nokia”nın xəritələrindən yararlansın.

Qeyd edək ki, iPhone 6 bir neçə gün əvvəl təqdim edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar