Suriyada ölüm xəbəri yayılan azərbaycanlı dünya çempionu sağdır
Baxiş sayı:
Dərc olunub:
14/09/2014 - 09:48
Videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir
"Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil"
Bunu Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun yaxınları deyiblər.
Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir.
"Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır" - deyə çempionun yaxınları bildiriblər.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.