“ABŞ-ın Rusiyaya münasibəti soyuq savaş dövründəkindən də pisdir...”

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov hesab edir ki, ABŞ-ın Rusiyaya münasibəti soyuq savaş dövründəkindən daha pisdir.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, özünün tvitter səhifəsində yazıb.

“Birləşmiş Ştatların Moskvaya qarşı kursunun sərtliyi bu gün soyuq müharibə illərindən daha yüksəkdir. Amerika üçün həyati vacib məsələdir göstərsin ki, dünya hələ də onun kontrolundadır”, – deyə rus siyasətçi vurğulayıb.

Qeyd edək ki, az öncə Rusiya XİN-i ABŞ-ın yeni sanksiyalarını düşmənçilik kimi qiymətləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar