İŞİD Britaniya vətəndaşınının başını kəsdi - Video

“İslam Dövləti” terrorçu qruplaşması Böyük Britaniyanın vətəndaşı Devid Heynsin başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.

APA-nın məlumatına görə, video “İslam Dövləti”nin internetdə fəallığının monitorinqini həyata keçirən SITE təşkilatının saytında dərc olunub. Məhz bu təşkilat birinci olaraq amerikalı jurnalist Stiven Sotloffun edam faktını təsdiqləmişdi.

Qeyd edək ki, 44 yaşlı Böyük Britaniya vətəndaşı Devid Heyns Suriyada 2013-cü ildə girov götürülüb. “Guardian” nəşri qeyd edir ki, Suriyaya humanitar missiya ilə gəlmiş Devid Heyns cəmi 3 gün sonra girov götürülüb.

Nəşrin məlumatına görə, baş kəsilmə səhnəsini əks etdirən videoçarx Heynsin ailəsi onunla əlaqə yaratmaq xahişi ilə silahlılara müraciət etdikdən 1 gün sonra dərc edilib.

Qeyd edək ki, terrorçular sentyabrın 2-də ABŞ-ın “Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.

Qeyd edək ki, “İslam Dövləti” qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar