YENİ RƏİS HAMINI İŞDƏN ÇIXARMAĞA BAŞLADI - "Etiraz edənləri təhqir edir, hədə-qorxu gəlir"

Bir neçə gün əvvəl “Azərpoçt” MMC-nin 6 saylı poçt filialına rəis əvəzi təyin edilən Emin Kərimli kütləvi şəkildə işçiləri işdən çıxarmağa başlayıb.

Bu barədə “AzPolitika.info”ya məlumat rabitə sektorundakı mənbələrdən daxil olub.

Qeyd edək ki, ixtisasca iqtisadçı olan Emin Kərimli 3 saylı poçt filialının rəisi işləyirdi. “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyev 6 saylı poçt filialının müdirini işdən çıxararaq (bəzi məlumatlara görə qanunsuz olaraq-red.), onun yerinə müvəqqəti olaraq yaxın dostu olan Emin Kərimlini təyin edib. “Bu dəyişikliyin səbəbi əvvəlcə qaranlıq olsa da, indi məlum olur ki, məqsəd 6 saylı poçt filialını və onun şöbələrini də peşəkar rabitəçilərdən “təmizləməkdir”” – deyə mənbə bildirir.

Belə ki, məlumata görə, Emin Kərimli 6 saylı poçt filialında işə başlar-başlamaz burda da rabitəçilərə qarşı “savaş” elan edib. Heç bir ciddi səbəb olmadan filialın tabeliyindəki poçt şöbələrinin müdirlərini çağıraraq, ərizələrini yazmağı tələb edir. “Onlarla da kifayətlənmir, poşt şöbələrində uzun illər çalışan rabitəçilərdən də işdən azad olunmalarına dair ərizə almağa çalışır. Etiraz edənləri kobud ifadələrlə təhqir edir, hədə-qorxu gəlir”, – məlumatda qeyd edilir.

Bu isə 6 saylı poçt filialında və onun tabeliyindəki poşt şöbələrində çalışan rabitəçilərin kütləvi narazılığına səbəb olub. Onlar bu narazılıqlarını ifadə etmək üçün yaxın günlərdə Rabitə Nazirliyinin binası qarşısında piket keçirmək niyyətindədirlər. “Əgər nazirlikdə bizi eşitməsələr, Prezident Administrasiyasına gedəcəyik” – deyə narazılardan biri bildirib.

Qeyd edək ki, Emin Əfəndiyevin komandasının əsas üzvlərindən biri hesab olunan Emin Kərimlinin bu günlərdə yeni yaradılan Bakı Poçt Filialına rəis gətiriləcəyi gözlənilirdi. Ancaq rabitəçilərin ciddi narazılıqlarından sonra bunun təxirə salındığı bildirilir.

Emin Kərimlinin 6 saylı poçt filialına “əlində qılınc” gəlməsi, rabitəçiləri kütləvi şəkildə işdən uzaqlaşdırması da bununla bağlanılır. “Görünür uzun müddətdir gözlədiyi vəzifəni əldə edə bilməməsi onun psixologiyasına mənfi təsir edib. Qəzəbini isə yazıq rabitəçilərdən çıxır” – deyə rabitəçilərdən biri saytımıza bildirib.

Qeyd olunanlarla bağlı Emin Kərimlinin də mövqeyini işıqlandırmağa hazırıq.

Xatırladaq ki, bir qrup rabitəçinin “AzPolitika.info”-ya göndərdiyi məktubda Emin Kərimlinin uzun illər bank sektorunda fəaliyyət göstərdiyi, dəfələrlə adının müxtəlif qanunsuz işlərdə hallandığı bildirilib. Onun poçt xidmətindən tamamilə xəbərsiz olduğu qeyd olunub, bu sahədə vəzifəyə gətirilməsi “əməliyyatları” yaxşı bacarması ilə əlaqələndirilib.

Mövzu diqqətimizdədir.

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2019-08-30 17:24:01

....Mən belə görürəm ki artıq saytlarda gedən yazılara da heç bir yuxarı instansiya reaksiya vermir. Buda Emin kimiləri dahada azğınlaşdırır və onlar da rabitəçilərlə mənfur planlarını həyata keçirirtməsinə heç kim qarşısını .almaq istəmir.necə deyərlər dəyirman öz bildiyini edir çaxçax baş ağrıdar.Artıq şərhə ehtiyac yoxdur....

poçt rəisi 2019-08-30 17:24:01

Bəli mən şəxsən həmin filialın şöbə rəisiyəm.keçən aydan bizim şöbələrə girib işçiləri hədıliyib deyirdi qoy bakı filialı açılsın atacam sizin hamnızı çölə,arzusu ürəyində qalıbda .... Emin,bizi çağrır ağzımızı qoymur aşmağa .... "davay ərizəvi yaz,işdən çıxırsan". Kontuziya Emin ağlın 3 saylıya getmesin,bu ölkənin Prezidenti var,qanunlar var.sizə elə bizim əvvəlki,rəismiz qənim olsun.

vetendas 2019-08-30 17:24:01

Bu natemizi bura gonderende deyibler, get bizim yarimciq qalan isleri indi sen davam eyle! Yiyesiz olke bele de olmalidi!

İ.Mustafaoğlu 2019-08-30 17:24:01

Bu qanunsuzluqların hökm sürməsi,qanunlarımızın işlək vəziyyətində olmamasından xəbər verir.Rabitədə özbaşnalıqların baş alıb getməsi, məmurların arxalı olmasından və onların neqatif hərəkətlərinin dəstəkləməsindən ibarətdir. Məmurlar qorxsalar,neqatif hərəkətlərə yol verməzlər.Ölkəmizdə özbaşnalıqlara son qoymaq üçün,birinci növbədə Vətəndaşların şikayətlərinə yerindəcə araşdırıb ciddi tədbirlər görülsə,məmur özbaşnalığına son qoyular, sosial narazılıqların azalmasına gətirib çıxarar....

Son yazılar