KƏRİMLİ HƏDƏLƏDİ, HƏSƏNOV SƏRT CAVAB VERDİ – “Dövlətin hansısa “fədailərə” ehtiyacı yoxdur”

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov AXCP sədri Əli Kərimlinin bugünkü “Facebook” statusunda hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

“AzPolitika.info”-nun məlumatına görə, Əli Kərimli “Facebook”da əlisilahlı fotoları yayılan Fuad Muradov adlı bir şəxsin AXCP funksioneri Nicat Abdullazadəni təhdid etməsinin məsuliyyətini hakimiyyətin üzərinə qoyub. “Bu qədər olmaz artıq! Hakimiyyətdəki qrup məsuliyyət hissini itirib. Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. Bu nədir, terror cəhdi? Kimdir ki, bu adam əli silahlı şəkillər çəkdirir? Qarabağda yox, ölkənin daxilində rejim əleyhdarları ilə vuruşmağa hazırlaşır. Bunu özü profilində açıq deyir. Nicat Abdullazadə ölümlə hədələnməsilə bağlı polisə rəsmi müraciət edib”. Əli Kərimli “özünüzü yığışdırın və məsuliyyətli olun”, - deyə hakimiyyətə xəbərdarlıq edib.

Prezidentin köməkçisi Əli Həsənov AXCP sədrinin bu xəbərdarlığına operativ və sərt reaksiya verib. Onun Əli Kərimliyə cavab yazısını təqdim edirik: “Özlərini hakimiyyətə “opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. Öncə də qeyd etdiyim kimi, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Bu mənada, əlində silah foto çəkdirib özünü “fədai” kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil.

Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub. Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var. Buna görə də öz siyasi ambisiyalarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır.

Əli Kərimliyə xatırlatmaq istərdim ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir. Əgər bu gün kimsə bu “qəhrəmanlığı” təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar.

O ki qaldı Əli Kərimlinin “özünüzü yığışdırın”, “məsuliyyətli olun” tipli hədələrinə, demək istərdim ki, nə o özü, nə də arxalandığı çevrələr Azərbaycan hakimiyyəti ilə təhdid dilində danışa bilməz! Buna görə də həmin ifadələri onun özünə qaytararaq deyirəm: “Əli Kərimli, reallıq hissini itirmə!”

“AzPolitika”

635x100

Şərhlər

Millət 2019-08-30 17:12:06

Get Paşinyanın düşmənin başına vur də gülləni.

Vüqar-a 2019-08-30 17:12:06

Əli Həsənov dövlət məmurudur,yoxsa biznesmen?.... Bir də ki, kim indiyə qədər Əli Həsənovun doğru,əsaslı,ağıllı yazısını və ya çıxışını görüb? Söylədikləri,çıxışlarınn hamısı rus demişkən "vokruq-okolo" olub.

azərbaycanlı 2019-08-30 17:12:06

Cənab Əli müəllim, Kaspi şirkətlər qrupu, Xəzər tv, Dalğa tv, Xətai Estetik klinikası, keçmiş BMM-in binası (oranı indi QHT-lərə Dövlət Dəstəyi Şurasına oğlunuz icarəyə verib) və yeni BMM-in binası (şirkətlərə icarəyə verilmiş çoxmərtəbəli bina)və sair və ilaxır...ları hansı pula qurmusunuz? Mən də heç olmasa bir şirkət qurmaq istərdim!!!Çox istərdim ki bu barədə də bizə açıqlama və məsləhət verərdiniz!!!

yusif-1313 2019-08-30 17:12:06

Sizhaqli oldugunuzu sübut etmək istəyisinizsə qoy aid orqanlar qeyri qanuni silah saxlayan bu şəxs barəsində tədbir görsünlər....

sual 2019-08-30 17:12:06

Azerbaycan DIN, Bash Prokurorluq, DTX, niye, bu foto shekildeki, silahli adami, TECILI HEBS ETMIR ? Niye, bu silahlinin kimliyi barede, cemiyyete TECILI MELUMATLAR VERILMIR ? Ali Hasanov, niye, bu silahlinin hebs olunmasi uchun, hech bir teshebbus gostermirsen ? Eger Dovlet varsa, olkede QANUNLARA CIDDI RIAYET OLUNMALIDIR.

Lerikden vetendaw Mehhemed Hesen emi 2019-08-30 17:12:06

men ne muxalifetem ne iqtidar, Eli Kerimli muxalifetdir ittiham edir, zaten muxalifetin iwide budur, Eli Hesenov iqtidardir cavab verir,eks arqument getirir,onunda iwi bu.Lakin menim sualim olkenin Baw prakuroruna ve DIN-dir, Siz bes hara baxirsiz cenablar? fuad miradov adinda bir avara kimise hedeleyir, silahla wekil qoyur ( bu ne silahdir hardandir ? ) ve elini qolunu sallayaraq gezir,olkeni biabir edir, muxalifet sabah bunu BMT dek qaldirsq haqqi var,cunki bu adam hakimyet adindan sui istifade edir ve s

Amon 2019-08-30 17:12:06

BU OLKE ELI HESENOV QEDER HECKIME YARAMADI.KASPI XEZER TV DAHA NELER NELER

Kohne 2019-08-30 17:12:06

Noldu!Tapanca gezdiren sabah,sabah yox dunenden hamiya tehdid ede biler!tapdiz?Ya hec itmemişdi!

S.H. 2019-08-30 17:12:06

Daha Naqillara Inanmiriq BIZ !!!!!!!! 25 ilin naqillari hamini Bezdirib! Besdirinde, ne qeder Gop etmek olar??????

Kənar adam 2019-08-30 17:12:06

Başa düşdük, hər şey "güllük-gülüstanlıqdır", o zaman ortada olan fakta reaksiyadan danışın.Ayrıca sosial şəbəkələrdə "fəaliyyət göstərirlər" ifadəsi də gülməlidir(başqa yerlərdə izin varmı?).

Cümşüd 2019-08-30 17:12:06

Hörmətli Əli müəllim siz bilirsinizmi reallıq hissini çoxdan itirmisiniz..... Şəkil bəs edir ki o əlində silah tutan adama hökümət tərəfindən tədbir görülsün.Ə Kərimli yazdığı üçün bəlkə cinayət cəhdinə haqq qazandırasınız

Cemil 2019-08-30 17:12:06

Bu.şekilde. öznü.gösteren.oglan.eger.kişisen. clx.meydana.mende.senleyem. gedek.qarabaga. eger.kişisense. bütün.azerbaycan.ogullarl. senlendi.yoxsa.öznü.gülüng.yere. qoyma.eli. ehmedov.ise ...

Vüqar. 2019-08-30 17:12:06

Qerbi.azerbaycanlllar.yeni. ermenistanlllar.ne iktitara.ne müxalifetin. yanlnda.deyil. azerbaycan. kanistutiyaslnln. yanlnda.ve.demakratyanln. yanlnda kesesi. n.a.t.o.nu.isteyirik

miri 2019-08-30 17:12:06

Məmləkətdə normal siyasi mübarizə aparanlar ilə hədə qorxu yolu ilə təzyiq etmək , eləcə də 25 il eyni nağıllar ilə hakimiyyətdə qalmağı siyasət seçənlər çox yanılırlar. Heç bir partiya mənsubiyyəti olmayan birisi kimi mən və istənilən məntiq sahibləri bu cür "cılız siyasəti" qınayır və iqtidar siyasətinin orqumentlərinin tükənməsi kimi qiymətləndirir.Bu yol isə heç də yaxşı nəticələrə gətirməyəcək, müəllimlər.

Yengibar 2019-08-30 17:12:06

Əli Həsənov ilk növbədə rəsmi orqanların məlumatına istinad etməklə silahla fotosu olan qaqaşın kim olduğunu, haqqında ARTIQ hansı tədbirlər görüldüyünü açıqlamalı, hakimiyyət,ən başlıcası Dövlət adına xələl gətirən bu kimi halları qəti şəkildə pisləməli idi.

Mustafaoğlu 2019-08-30 17:12:06

İnsanları silahla hədələməsi,onun arxalı olmasından xəbər verir. Qanun sahdır,şah qanun deyil.. Ancaq bəzi işbazlar özlərini "Şah" hesab edirlər.Belə hallarda vətəndaşın dövlətə olan inamını öldürür. Biz hər hansı cinayətin qarşısını almaq əvəzinə,kimlərinsə qanunsuz fəaliyətlərinə don geyindirmək istəyirik. Yaxşı olar ki, əlində tapanca,özündən razı olan şəxsin kimliyi haqqında xalqa məlumat verilərək cinayət məsuliyyətinə cəlb olsun və başqalarıda görülmüş işlərdən özü üçün nəticə çıxartsın....

Mehman 2019-08-30 17:12:06

İndi tərsini təsəvvür edin. Əlində tapança əks tərəfi təhdid etsə nə həngamə qopardı.

EJDER 2019-08-30 17:12:06

ALI MALIM .....QALDI O,WEKILDE KI,NATEMIZ,,VETENPERVER,,E GOY HERBI BILETINI CAP ETDIRSIN .GORECEYIK KI,SIYAWUW,NEVELERIVIZ KIMI,,FERRARIDI,LUKAWENKO CANI

Son yazılar