III Dünya Müharibəsi artıq başlayıb

Roma Papası Fransis müharibənin çoxdan başladığını bəyan edib

Ukrayna və Yaxın Şərq münaqişələri fonunda dəfələrlə sülh çağırışları il çıxış edən Roma papası Fransis III Dünya Müharibəsinin artıq çoxdan başladığını bəyan edib.

İtaliyada hərbi məzarlıqda Birinci Dünya müharibəsinin başlanmasına həsr olunmuş mərasimində çıxış edən Roma papası bəşəriyyəti Üçüncü Dünya müharibəsi qarşısında aciz olmamağa və cinayətlər, qətliam və dağıntıların baş alıb getdiyi bu zamanda laqeyd olmamağa çağırıb.

“Müharibə ağılsızlıqdır”, - deyən Papa Fransis, hazırda davam edən müharibəni rasional adlandırıb.

Bu müharibənin əsas səbəblərinin nəhəng dövlətlərin silah satışı cəhdi, tamahkarlıq, dözülməzlik və hakimiyyətə yiyələnmək arzusunun olduğunu deyib.  /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar