Ərdoğan Bakıya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir deyib ki, Türkiyə prezidenti oktyabrda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Türkiyə səfiri, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının vaxtının bəlli olmadığını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar