Donetsk Hava Limanı uğrunda gərgin döyüşlər gedir

Həmin ərazidə min nəfərə yaxın Ukrayna hərbçisinin mühasirəyə düşdüyü bildirilir

“INTERFAX.RU”nun yaydığı xəbərdə deyilir ki, Donetsk Hava Limanı uğrunda döyüşlər davam edir. Hava Limanı ərazisində partlayış və avtomat silahlardan açılan atəş səsləri aydın eşidilir.

Ərazinin üzərində qara tüstü cəmləşib. Artilleriyadan istifadə olunduğu da aydın hiss olunur.

“Hava Limanı ərazisində hərbi əməliyyatlar davam edir. Həmin ərazidən Ukrayna hərbi gücləri daim Donetskin Kiyev rayonunu və “Oktyabrsk” deyilən qəsəbəni atəşə tuturlar ”. Bu barədə qondarma “Donetsk Xalq Respublikası”nın hərbi rəhbərliyi “INTERFAX.RU”-ya məlumat verib.

Agentlik bildirir ki, Hava Limanı uğrunda artıq bir neçə aydır ki, döyüşlər gedir. Bəzi məlumatlara görə, həmin ərazidə min nəfərə yaxın Ukrayna hərbçisi mühasirəyə düşüb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar