İKİ YAP-çı DEPUTAT ARASINDA QARŞIDURMA - "O, kimdir mən onunla müzakirə edəm?”

Bəxtiyar Sadıqov: "Bunu bizə qadağan etsələr, o zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”

Siyavuş Novruzov: "Qanun qəbul olunacaq və bu məsələlər də oraya daxil ediləcək, vəssalam! Camaatın hesabına pul qazanmaq olmaz!”

“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərə etiraz edən baş redaktora komitə sədrindən cavab gəldi: “Başsağlığı ilə camaata maaş vermək olmaz; haramdır!”

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərə ilk etiraz elə hakim partiyanın üzvündən gəlib. YAP üzvü olan deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hakim partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun dediklərinə qarşı çıxıb.

Baş redaktor “Yeni Müsavat”a açıqlamasında rəsmi qəzetlərdə başsağlıqlarının dərcinin qadağan olunacağı ilə bağlı fikirlərə etiraz edib. O deyib: “Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun”.

B.Sadiqov ardınca digər məqama diqqət çəkib: “Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”

Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov öz açıqlamasında bunları bildirmişdi: “Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.

B.Sadıqovun açıq etirazından sonra S.Novruzov Musavat.com-un əməkdaşı ilə əlaqə saxlayaraq həmkarının dediklərinə reaksiya verib. Onun fikrilərini təqdim edirik: “Bəxtiyar Sadıqov deyir ki, “Azərbaycan” qəzeti Milli Məclisin orqanı olmasına baxmayaraq, bizə heç kəs kömək eləmir. Birinci növbədə dövlət onların kağız pulunu, çap pulunu da, icarə haqqını da – “Azərbaycan” nəşriyyatından bunu öyrənə bilərsiniz – hamısını ödəyir. Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur.

İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını hardan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver!

Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı il verirsənsə, onda vay o jurnalistin halına!”

S.Novruzov baş redaktorla bir həmkar, yaxud partiyadaş olaraq bu mövzuda müzakirə aparmadığını qeyd etdi və “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm?”-söylədi.

B.Sadıqovun parlamentin orqanı olan bir mətbu orqana rəhbərlik etdiyini vurğuladıqda isə bunları bildirdi: “Olsun da, olsun. O qədər redaktor var ki. Hamı ilə mən müzakirə aparmalıyam? Mən müəlliməm, ya həkiməm?”

YAP icra katibinin müavini dedi ki, B.Sadıqov da ona bu məsələ ilə bağlı zəng etməyib: “Bəzən şəxsi maraq ümumi ictimai marağı üstələyir. Qanun qəbul olunacaq və bu məsələlər də oraya daxil ediləcək, vəssalam! Camaatın hesabına pul qazanmaq olmaz!”

Bəs, parlament rəhbərliyinin bu qanun və ona düzəlişlərlə bağlı münasibəti necədir? S.Novruzov: “Parlament rəhbərliyinin biri də mənə bir kəlmə söz deməyib, hamısı bəyənib”.

YAP-ın icra katibi digər məsələlərdən də xəbərdar olduğunu bildirdi: “Digər məsələləri də bilirəm, axı mən Əfqanıstanda kəşfiyyat rəisi olmuşam.

Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə, qazan! Sən o boyda qəzetin redaktorusan, “Azərbaycan” qəzetinin. Dövlətin ən əsas qəzetlərindən biridir. “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir”.

Sonda S.Novruzov ona etiraz edən həmkarına xitabən bunları söylədi: “Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!” (gülür)

635x100

Şərhlər

Seyid 2019-08-31 13:07:35

Qəzetçi qəzetçiliklə məşğul olmalıdır. Seyidin payına girişmək olmaz.

yusif 2019-08-31 13:07:35

siyavis hemise isiq gelen yere barmaq tixayan adamdir

İssa 2019-08-31 13:07:35

Deputatlar, ümumiyyətlə vəzifədəkilər əksər vaxt bir-birinin düzgün olmayan yanaşmalarını, kadr siyasətini,idarə prinsiplərini müdafiə edirlər. Bu baxımdan Səyavuş müəllimin iradları örnək hesab edilə bilər

Veteran 2019-08-31 13:07:35

Bu yerde elahezret mentiq deyir ki, demeli Seyavuw olke budcesini talan edib haram 50 yox, haram 500 milyonlari yeyenleri de taniyir. Axi o kewfiyyatcidir. Ne olardi Seyavuw abi onlari da haramdan cekindirib duz yola devet ederdin!

Kasıb bəndə 2019-08-31 13:07:35

Adam var ki, kiminsə hesabına yüksək mövqe-vəzifə kürsüsündədir. Heç bir xidməti yoxdur. Uzaq bir qohumcuğu da ölsə qəzetdə baş sağlığı yarışması tirajlanır. Adam da var ki, uzun illərin əziyyəti ilə böyük işlər görüb, xalqa xeyir verib, amma vəzifədə olmadığı üçün, öləndə barəsində heç məlumat da dərc olunmur. Bu baxımdan Siyavuş Novruzovun mövqeyi haqdır, alqışa layiqdir.

Vətəndaş 2019-08-31 13:07:35

Cənab Novruzovun bu fikri ilə tam razıyam: "...Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı il verirsənsə, onda vay o jurnalistin halına!”

Oqtay 2019-08-31 13:07:35

Parlamentin özü kimidə qəzeti var.Qəzetçilikdən pul qazanmaq istəyirsən sə get AZADLIQ qəzetinin işçilərindən örgən.Siz istəyirsiniz heç kimin xətrinə dəyməyəsiniz sakit oturub baş girləyəsiniz.Siyavuş M.M.yığılıb özünüz öz maaşlarınızı 2-3 min etmək bəyəm halaldır Hansı halallıqdan danışırsan Sizin yüksək çinli YAPçılar milyonları halallıqla bəyəm oğurlayıblar indidə xaricə daşıyırlar və oradaki pullar batmasın deyə pul qoyduqları ölkənin agenti olmağa məcbur olurlar HARAM olsun oğrularin hamısına

Zahir 2019-08-31 13:07:35

Salam, hörmetli folklorçu alimler, bu günlerde dövrü metbuatda " Boyunuzu yere soxum" ve " Deyirman xoruzu " ifadelri ile rastlaşdım , ancaq menalarını anlamadım. Eger bu ifadelerin hangi anlama geldiyini bilen varsa, ümüdvaram ki, var , lütfen izah edin. Hepinize " çok mersi".

Buqa 2019-08-31 13:07:35

halaldir buna. dine imana qayidib. cox maraqli musabiqedir ancaq bunu o birileri ile muqayise etmek onun ozunu cerculle muqayiseye benzeyir.

miri 2019-08-31 13:07:35

.....Bunlar niyə belə .... Niyə belə edirlər-deyə tarixi sörumları araşdıranda məlum oldu ki, bu isanın ölümü kimi qarşısı alınmaz bir prosesdir.Bunlardan asılı deyil.

Son yazılar