Ziyalılar Birliyi ofisindən çıxarılıb

Ziyalılar Birliyi 2 ildir yerləşdiyi ofisdən çıxarılıb. Bu barədə Azadlıq Radiosuna birliyin sədri Eldəniz Quliyev məlumat verib.Onun sözlərinə görə, əsas məqsədi mədəni irsin təbliği olan Ziyalılar Birliyinin yerləşdiyi mənzilin sahibi ilə icarə müqavilələri və digər bütün sənədlər qaydasında olub.

Milli Şuranın sessiyası orada keçiriləndən və daxili işlər naziri Ramil Usubovun Eldəniz Quliyevə qarşı qaldırdığı iddiadan sonra ev sahibi ilə aralarında problem yaranıb:"Mənzilin sahibi mədəni formada ofisdən çıxmağımı istədi. Sentyabrın 10-da Nəsimi rayon məhkəməsi xüsusi ittiham qaydasında mənim ölkəni tərk etməməyim haqda qərar çıxarandan sonra ev sahibi tez bir zamanda ofisi tərk etməyimizi xahiş etdi. Biz məcburiyyət qarşısında sentyabrın 13-də ofisdən çıxmalı olduq".

Eldəniz Quliyev həm də Ziyalılar Forumunun və Milli Şuranın üzvüdür. R.Usubov polisi təhqir etmək və böhtan atmaq maddələri ilə onu məhkəməyə verib.

E.Quliyev hesab edir ki, ona qarşı başlanan məhkəmə iddiası, ofisindən çıxarılması onun siyasi fəaliyyətinə, eləcə də Milli Şuranın sessiyalarına ev sahibliyi etməsinə görədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar