Daha bir soydaşımız Moskvada millətçilər tərəfindən öldürülüb-VİDEO

Son vaxtlar Ukrayna böhranının başlaması fonunda Rusiyada miqrantlara qarşı irqçi hücumlar demək olar ki, yox olma dərəcəsinə qədər azalmışdı. Ancaq indi yenidən Moskvada daha bir həmyerlimizin "skinhed" hücumunun qurbanı olduğu iddia edilir. Bu dəfəki qurbanın əlil bir gənç olması da diqqət çəkir.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya paytaxtında yerləşən bazarlardan birində ticarətlə məşğul olan 29 yaşlı Roman Mirzəyev işdən evə dönərkən hücuma məruz qalıb. Roman slavyan görünüşlü gənc tərəfindən bıçaqlanıb. Evinin qapısında 11 bıçaq zərbəsi alan Roman Mirzəyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Keçirdiyi bir neçə əməliyyatdan sonra ertəsi gün həyatını itirib. Yaxınları isə Romanın heç kimlə münaqişəsi olmayan bir gənc olduğunu deyirlər.

“Evin qapısını açmaq istəyərkən onu arxadan sarışın slavyan tipli kimsə vurub və təhqir edib ki, sizin millət məni incidib. Mən də sizdən qisas alacam. Amma mən inanmıram ki, Roman kiminsə xətrinə dəysin” – deyə Roman Mirzəyevin əmisi oğlu Bəbir Mirzəyev qeyd edib.

“Təəssüf ki, milli zəmində cinayətlər davam edir. Və bizim millətin nümayəndəsi bu hadisədə vəfat edib. Diaspor olaraq çalışmalıyıq ki, bu imici yüksəldək və belə cinayət hadisələri də az baş versin”- deyə Moskva Azərbaycan Cəmiyyətinin prezidenti Oqtay Hüseynov bildirib.

Roman Mirzəyev 9 sentyabrda dünyasını dəyişsə də, onun meyiti dünən yaxınlarına verilib. Mərhum Moskvadakı müsəlman qəbirstanlığında toprağa tapşırılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar