İran Xəzər dənizində geniş hərbi təlim keçirəcək

Yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə deyib.

O qeyd edib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar