Florida ştatının qubernatoru əhalini bir həftəlik ərzaq ehtiyatı toplamağa çağırıb

Florida ştatının qubernatoru Ron Desantis ABŞ sahillərinə yaxınlaşan “Dorian” qasırğası səbəbindən əhalini bir həftəlik ərzaq, su və dərman ehtiyatı toplamağa çağırıb.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, qubernator, həmçinin yerli sakinlərin mümkün təxliyəyə hazır olmalarını da xahiş edib.

Xatırladaq ki, “Dorian” qasırğasının Florida sahillərinə yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan olunub. Son məlumata əsasən, dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürəti saatda 130 milə (209 kilometr) çatır. Təbii fəlakətin sentyabrın 1-də Baham adalarına, növbəti gün isə Florida ştatına yetişəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar