MAAŞ ARTIMI İLƏ BAĞLI SƏRƏNCAM QÜVVƏYƏ MİNDİ - Bu dövlət qurumlarında çalışanların maaşları artırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar qüvvəyə minib.

Həmin sərəncama görə,  sentyabrın 1-dən qüvvəyə minən Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamlara əsasən, həmin dövlət qurumlarının əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam da qüvvəyə minib. Sənədə əsasən, MSK üzvlərinin maaşı 50 faiz artırılıb.

Digər sərəncamlara əsasən, bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artıb.

635x100

Şərhlər

hərbiçi 2019-09-01 00:10:48

Maşlarımız 40 faiz yox 25 faiz artıb + 15 faiz rütbə, cəmi elədi 29 faiz hərbiçilərin maışı artıb. Bizi axmaq yerinə qoyublar prezident 40 faizə qədədr qaldırır maşımızı, lakin bunlar iki yerə bölüb 25/15 bu da orta hesabla 30 faiz etmir.

t.ədalət 2019-09-01 00:10:48

Maaşların və pensiyaların artımı zamanı böyük məbləğdə pensiya alanların pulları minimum pensiya məbləğindən çox ola bilməz.Çünki onlar 2000-3000 manat həcmində pensiya alırlar.Bu rəqəmi 40 faizə vuranda,təkcə artım 6-7 müəllimin pensiyası qədər olur.Elə bilirəm ki,sosial-ədalət prinsipindən yanaşanda,onlar üçün heç artım lazım deyil.Maliyyə naziri bunu araşdırsa yaxşı olar.

Hərbi pensiyaçı 2019-09-01 00:10:48

Heç olmasa bir dəfədə olsun dürüst olun , söznən əməliniz üst-üstə düşsün.

Son yazılar