"Qalatasaray"ın yeni transferi Türkiyəyə gəlib

Türkiyənin “Qalatasaray” klubunun yeni transferi Radamel Falkao İstanbula gəlib.

APA-nın məlumatına görə, kolumbiyalı futbolçunu Türkiyəyə xüsusi təyyarə gətirib.

İstanbula nəzərdə tutulduğundan təxminən 4,5 saat gec gələn R. Falkao hava limanında böyük coşqu ilə qarşılanıb.

33 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la müqaviləyə imza atacaq. “Monako”dan transfer olunacaq forvardla anlaşma 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar