İran Prezidenti Ermənistana gedir

İran Prezidenti Həsən Ruhani yaxın vaxtlarda Ermənistana səfər edəcək.

Virtualaz.org “Mehr” agentliyinə istinadla bildirir ki, bunu İslam Respublikasının Yerevandakı səfiri Kazem Sajadi deyib.

"Ermənistanın baş naziri Prezident Ruhanini dəvət edib və İran Prezidenti yaxın həftələrdə bu ölkəyə səfər edəcək", - deyə bazar günü Sajadi bildirib.

Qeyd edək ki, fevral ayında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti İran Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana rəsmi səfər etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar