Qubada motosiklet aşıb, xəsarət alanlar var

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vladimirovka kəndi ərazisində baş verib.

Qoşqulu motosiklet idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Qoşqulu motosikletdə olan Quba şəhər sakini, 1999-cu il təvəllüdlü Gülmurad Muradbəy oğlu Qasımov və Zərqova kənd sakini, 1999-cu il təvəllüdlü Sahib Tağı oğlu Hacıbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara təcili tibbi yardım briqadasının həkimi tərəfindən ilkin tibbi yardım göstərilb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gülmurad Muradbəy oğlu Qasımovun vəziyyəti ağır olduğundan stasionar müalicəyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar