Volkan Dəmirəl karyerasını bitirib

Türkiyə milli komandasının sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.

APA-nın məlumatına görə, “Fənərbağça” klubunun 37 yaşlı qapıçısı “transfer pəncərəsi”nin son günündə gələcəyi ilə bağlı vacib qərar verib.

“Sarı-lacivərdlilər”in rəmzlərindən birinə çevrilən veteran klubla yeni, fərqli müqavilə bağlayıb. O, “Fənərbağça”nın məşqçilər korpusunda yer alacaq. Uzun illər həm yığma, həm klubunun uğurlarında pay sahibi olan V.Dəmirələ vida tədbiri də təşkil olunacaq. Bu mərasimin tarixi və detalları hələ dəqiqləşməyib.

Qeyd edək ki, 2002-2019-cu illərdə “Fənərbağça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004—2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar