Putin Ulan-Batora gedib

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gedib. Səfər çərçivəsində o, Monqolustan rəhbərliyi ilə danışıqlar aparacaq.

«İnterfaks» agentliyinin xəbər verdiyi kimi, dövlət başçısının səfəri birgə Sovet və Monqolustan ordularının Xalxin-Qol çayı üzərində 1930-cu ilin sentyabrında Yaponiya ordusu üzərindəki qələbəsinin 80 illiyinə həsr olunub.

Ulan Batorda (Ulan - «oğlan», bator - «batır», «bahadır» deməkdir!) Putin Monqolustan prezidenti Haltmaagiiy Battulgöy ilə birlikdə məşhur Sovet sərkərdəsi Georgi Jukovun - Monqolustan ərazisindəki 57-ci xüsusi ordu korpusunun komandanının abidəsi üzərinə əklil qoyulması mərasimində iştirak edəcək.

Rusiya prezidenti Monqolustanlı həmkarı ilə danışıqlar aparacaq, ölkənin Baş naziri və Böyük dövlət Xuralının sədri ilə görüşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar