Əfqanıstanda törədilən partlayışda 74 nəfər xəsarət alıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışda onlarla insan xəsarət alıb.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Tolonews" məlumat yayıb.

Qeyd edilir ki, hadisə hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 74 nəfər yaralanıb.

Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.

Hadisəyə görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb. Telekanal bildirib ki, hadisədən sonra ərazidə atışma səsləri eşidilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar