“İQTİDAR CƏSARƏTLİ QƏRARLAR QƏBUL ETMƏLİDİR” – “Feodallaşmış, böyük iddialara düşmüş məmurlar...”

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, məzuniyyət dövrü başa çatdı, ölkənin siyasi həyatında baş verəcəklər barədə gözləntiləriniz nədən ibarətdir?

- Hər bir vətəndaş kimi mənim də gözləntilərim çoxdur. Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil. Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən məhrum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar, nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir.

- Sizcə, hansı dəyişikliklər ilk növbədə həyata keçirilməlidir?

- İlk növbədə kadr islahatları davam etdirilməlidir. Onilliklər ərzində eyni yüksək vəzifəni tutan kadrların ən azından yeri dəyişdirilməlidir. Bu insanların bir qismi feodallaşmış, böyük iddialara düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itirmişlər. İnsanları, onları istismar edib ev-eşiyindən didərgin salmış məmurlardan xilas etməklə, geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar. İqtisadi sferada zamanında sələflərindən dürüstlüyü ilə fərqlənməmiş şəxslərə daha böyük və strateji vəzifələrin verilməsi, onları təmiz işləməyə, qanunların aliliyinə hörmət etməyə sövq etməyəcəkdır. Yüksək vəzifələrə müsbət dəyişiklikləri təmin etməklə, hökumətə ictimai dəstəyi təmin edən, yaxud edə biləcək şəxslər təyin olunmalıdır. Bəzi strateji vəzifələrə zamanında müxtəlif səbəblərdən qabiliyyətsizliyinə görə təyin olunmuş şəxslərlə vidalaşmaq lazımdır. Hakimiyyət ölkənin ictimai-siyasi həyatında yaxşı mənada fərqlənmiş və iqtidarla əməkdaşlığa hazır olan kadrlarla gücləndirilməlidir.

Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalı, tam bazar iqtisadiyyatına keçilməli, maliyyə-kredit islahatları həyata keçirilməli, xidmət sahələri, iri müəssisələr yubanmadan özəlləşdirilməyə çıxarılmalı, korrupsiyaya qarşı daha effektli mübarizə təşkil olunmalı, ciddi struktur və instusional islahatlar aparılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində ciddi qərarlar qəbul olunmalıdır. Ölkədə iqtisadiyyatın inkişafına təkan verəcək Naxçıvan və Ələt azad iqtisadi zonalarının fəaliyyətə başlaması üçün, nəhayət ki, konkret addımlar atılmalıdır.

Bunlarla yanaşı, xarici ermənipərəst dairələrin və korrupsioner məmurların fitilə hərəkət edən müxalifət və onların müttəfiqləri olub, xaricə miqrasiya edib, ictimai əxlaqı korlayan pozğun ünsürlər ifşa olunmalı, onların dövlətçiliyimiz üçün yaratdığı təhlükə barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Konstruktiv müxalif qüvvələr isə bələdiyyə seçkilərindən daha güclü çıxmaları üçün fəaliyyətlərini gücləndirməli və koordinasiya etməlidirlər...

(Moderator.az)

635x100

Şərhlər

Muxtarov 2019-09-03 10:18:19

Qüdrət bəy bir deputat kimi Pespublikada baş verən bu talançılıqla məşqul olan ,yaşları 70-i ötmüş z-d rəhbərləindən tutmuş MM,NK,Prezident Administrasiyasına qədər korrupsiya ilə məşqul olan “qoca“oğlanları ilk öncə iş fəaliyyətinin Prokuror orqanları tərəfindən yoxlanılması və tutduğu vəzifələrindən bir başa “türməyə”göndərilməsi barədə MM-in sesiyasında məsələ qaldəırmırsan? Niyə? Sən gözəl bilirsən ki,Respublikada nələr baş verir.İnternet səhifələrində belə yazılarınla heç bir şey həll olunmur.Xülasə....əyər səndə vətənpərvərlik,vətəninə sevgi,məhəbbət varsa-buyur,qərar sənin kişiliyindədir.

sual 2019-09-03 10:18:19

Musahibede dediyin fikirlerini, resmi muraciet kimi, yazili formada, ozun shexsen, TEQDIM ET Ramiz Mehdiyeve ve ondan sorush, memurlarin feodallashmasina kim icaze verib ??????? Deyirsen ki, kadr islahatlari "DAVAM EDIR", meger, talanchi- oqru Velinin ve talanchi- oqru Qulamin, TƏSIR rayonlarinin, BIR -BIRI ile DƏYIŞMƏSINƏ, "kadr islahatlari davam edir", demek duzgundurmu ???

Elli 2019-09-03 10:18:19

Qarabağ nə vaxt azad ediləcək?

Vətəndaş 2019-09-03 10:18:19

Talançılardan atdıqları milyardlar və bütün burda xaricdə gizlətdikləri var-dözlət, pul, kapital alınsa inanmaq olar. Yoxsa rüşvətxor korrupsioner talançı toplum ölkəni capıb talayacaqlar 25 ildə olduğu kimi. Kasıb əhali isə borc ehtiyac içində qalacaq

miri 2019-09-03 10:18:19

26 il aparılan "islahat"hardan "əlimiz doşaba batıb, indi bala batacaq".

Cəlil Ordubadlı 2019-09-03 10:18:19

Güman ki, BAXCP sədri üç yönümlü (iqtidar müxalifəti, qanunverici və siasi iqtidar) təmsilçisi kimi ÖZ məsuliyyətini də anaraq mülayim çıxış edir. "İslahatlar"da müstəqil və ya bazar iqtisadiyyatının heç bir əlaməti görünmür? Əqrəba və əmrə müntəzirlərin təyinatı və yerdəyişməsi islahat deyil, özünə baxımlıqdır. Qüdrət İdarə üslubunda və hətta qanunlarımızda belə sırf feodal münasibətlərini görmürmü? Duyanlar təbii ki, vəzifədə səlahiyyət sahiblərini qane etməzlər.

Son yazılar