İCRA BAŞÇISININ OĞLU KANADADA 2,2 MİLYONA EV ALDI - Başçının açıqlaması(Yenilənib)

Xəbər verdiyimiz kimi, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində əmlak aldığına dair məlumat yayılıb.Məlumata bununla bağlı sənədin şəkli də əlavə olunub.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov "AzPolitika.info"nın elektron poçtuna göndərdiyi məktubda həmin məlumatı təkzib edib: "Bildirirəm ki, yazıda qeyd olunanlar əsasız və böhtan xarakterlidir. Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirir və bəzi KİV-lərin reytinq naminə dəqiqləşmə aparmadan yalan məlumat yaymalarından dərin təəssüf hissi keçirirəm".

***

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxıb. Azeuronews.com xəbər verir ki, başçı oğlunun şirkəti və mülkü Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun "North York” bölgəsində yerləşir.

Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilir.

Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlının icra başçısı vəzifəsini tutan Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunur ki,icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.

635x100

Şərhlər

Azer 2019-09-03 19:07:52

Salam. A.Ismayilovu tanimiram , amma xeber yalana oxsayir... En azindan yazan bilmir ki, Kanadanın paytaxtı Toronto deyil , Ottavadir (?).

yalçın 2019-09-03 19:07:52

Çox acınacaqlı durumdur: ölkənin ən böyük rayonlarından birinin başçısı ən tanınmış ölkələrdən biri olan Kanadanın paytaxtının Toronto yox, Ottava olduğunu bilməyə-bilməyə orada biznes qurur..Bu lap Lissabonun Samit şəhərindən daha böyük bir biabırçılıqdır..

Oqtay 2019-09-03 19:07:52

Mən öz həyətimdə bir otaq tikmək istəyirən bu 72 yaşında ancaq İH verməyə pulum yoxdur deyə bilmirən nə edim.Bilmək istəyirən onlar yığan pulların hamısını özləri yeyir ya % verirlər.Alana da haram olsun aparıb verdiyinə də haram olsun uşaqlarının nəvələrinin dərmanına belə çatmasın

eloqlu 2019-09-03 19:07:52

hede

Elli 2019-09-03 19:07:52

malades

azad 2019-09-03 19:07:52

men rayonda 26 min manata bir ev tikmishem ki....Bu evin neyi var ki,2 mln manat olsun?Hech 10000 min vermerem bu eve

cəngərlik sakini 2019-09-03 19:07:52

3 dua ALLAH dərgahında keçərlidir.Müsafirin ev sahibinə,valideynin öz övladına və məzlumun zülmkara (bəd duası).HAMI BİR AĞIZDAN DESİN HARAM PULLA ALIBLARSA XOŞ HARAMLARI OLSUN.PULLARI OLSUN AMMA HEÇ SEVİNC NƏDİ BİLMƏSİNLƏR.AMİNNNNN

vətəndaş 2019-09-03 19:07:52

BU TALANÇILAR BELƏ DƏ ATA ATA GEDƏCƏKLƏRMİ? DUR DEYƏN OLACAQ BUNLAra yoxsa yox.

Son yazılar