Fransa kəşfiyyatı Suriyadan qayıdan terrorçuları təqib edir – FOTO

Fransız kəşfiyyatı Suriyada YPG/PKK tərəfində yer alan fransız solçularının ölkə daxilində hücumlar təşkil edə biləcəyindən narahatlıq duyaraq bu terrorçuları müşahidə altına aldığını elan edib.

Fransanın “Mediapart” saytı Suriyada YPG/PKK terror təşkilatı tərəfindən vuruşan fransız solçularının Fransaya qayıtdığı və kəşfiyyatın bu şəxslərin hücumlar təşkil edə biləcəyini güman etdiyini yazıb.

Fransa kəşfiyyatının ölkənin təhlükəsizliyi üçün təhdid kimi görünən solçu terrorçuları təqibə aldığını ifadə edən xəbərdə əlavə edilir ki, kəşfiyyatın narahatlığına səbəb bu terrorçuların hücumlar təşkil edə biləcək təlimlər almasıdır.

Xəbərdə qeyd edilir ki, ötən il Notre Dame des Landesdə polisə aid helikopterə atəş açan şəxsin YPG/PKK tərəfindən vuruşan və Fransaya qayıdan solçu olduğu şübhəsi var.

Məlumata görə, bu şəxslərin Fransanın simvolu olan yerləri hədəfə ala biləcəyi güman edilir və bildirilir ki, kəşfiyyat təxminən 100 nəfər solçu terrorçunu izləyir.

Xəbərdə Suriyaya gedərək YPG/PKK tərəfindən vuruşanların bəzilərinin öldüyü, bəzilərinin isə Kolumbiyaya gedərək oradakı terrorçu qruplara qatıldığı və terror hücumlarında iştirak etdiyi vurğulanır.

Fransa kəşfiyyatının Suriyadan qayıdan mücahidlərin təsbit edilməsi və həbsi üçün Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə əməkdaşlıq etdiyi qeyd edilir, məhz bunun sayəsində Fransa kəşfiyyatının ölkəyə qayıdan terrorçuların saxlanıldığı bildirilir.

Məlumatda MİT-in bu şəxslərin Skayp proqramında çıxışlarının Parisə təqdim etdiyi ifadə olunub.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar