ABŞ-da 14 yaşlı oğlan beş ailə üzvünü güllələyərək qətlə yetirib

ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib.

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Alabama ştatının Elkmon şəhərində baş verib.

Hadisəni törədən 14 yaşlı oğlan polis tərəfindən saxlanılıb. O, cinayətini etiraf edib.

Polis hadisə yerindən üç nəfərin cəsədini tapıb. İki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatıdırlsa da, orada vəfat edib.

Hadisənin motivi hələlik məlum deyil. Araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar