“Qubad İbadoğlu başqanlığa ən şanslı namizəddir” 

“Müsavat Partiyasındakı qurultayqabağı prosesləri yaxından izləyirəm”. Bunu Modern.az saytına “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. O, Müsavat Partiyasının başqanlığa namizədlərinin şanslarından danışarkən bildirib ki, iddialıların hərəsinin öz auditoriyası var.

Mehman Əliyev özünün mövqeyinə gəlincə, onu qeyd edib ki, Qubad İbadoğlu başqanlığa ən şanslı namizəddir. “Qubad İbadoğlu optimal bir namizəddir”, - deyə M. Əliyev söyləyib.

Qedy edək ki, Müsavat Partiyası sentyabr ayının 27-də özünün qurultayını keçirmək niyyətindədir. Qurultayda partiyanın Mərkəzi İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı, keçmiş Divan üzvləri, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu və Tural Abbaslı, başqanın keçmiş müşaviri Səxavət Əlisoy namizəd kimi qalib gəlmək uğrunda mübarizə aparacaqlar.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar