Rusiyada həbs olunan azərbaycanlı ekstradisiya olunacaq

Rusiyanın Surqut şəhərində axtarışda olan azərbaycanlı saxlanılıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs edilən Zamanov X.T. bir ilə yaxın axtarışda olub. O, oğurluq, dələduzluq, maddi ziyan vurma və rüşvətə təhriketməkdə ittiham olunur.

Azərbaycan Baş Prokurorluğu həbs olunan azərbaycanlının ekstradisiya edilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib. Müraciətə müsbət cavab verilib.

O, yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar