“Audi” 6,7 minə yaxın avtomobili geri çağırır

Dərc olunub: 03/09/2019 - 22:41

audi_q7_010819_04

“Volkswagen Group” şirkəti Rusiyada 6,7 minə yaxın “Audi” markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır.

Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb.

Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.








loading...


Fikrinizi bildirin