Baltik dənizində NATO təlimləri başlayıb - "Şimal sahilləri"

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Baltik dənizində NATO-nun «Şimal sahilləri» (Northern Coasts) hərbi təlimlərinə start verilib. Təlimlər sentyabrın 19-na qədər davam edəcək.

Baltik və Şimal dənizlərini birləşdirən Danimarka boğazı rayonunda keçirilən təlimlərdə 18 ölkədən 3 min hərbçi və 40-a yaxın gəmi iştirak edir.

NATO nümayəndəsi Ohan Lungeskunun məlumatına görə, təlimlər «Rusiyanın qarşısının alınması» tədbirlərini məşq etmək məqsədlə keçirilir. Onun sözlərinə görə, bölgədə vəziyyət «Krımın qeyri-qanuni ilhaqından sonra», Rusiyanın hərbi potensialının artması səbəbilə pisləşib.

Qeyd olunur ki, Baltik dənizi NATO üçün həyati əhəməyyət kəsb edir. Belə ki, onun sahillərində alyansın 6 ölkəsi yerləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar