Kabildə baş vermiş terror aktında rumıniyalı diplomat öldürülüb

Əfqanıstan paytaxtında baş verən terror hücumunda Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin əməkdaşı öldürülüb, daha bir nəfər ağır yaralanıb.

APA “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rumıniya səfirliyinin Kabildə yerləşdiyi düşərgədə sentyabrın 2-dən 3-nə keçən gecə xarici vətəndaşlara qarşı yönəlmiş terror aktı baş verib. Terror hücumu nəticəsində Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin bir nümayəndəsi ölüb, digəri ağır yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, yaralı Rumıniya vətəndaşı vəziyyətindən asılı olaraq ən qısa müddətdə Avropaya çatdırılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar