TRAMP ÇİNİ HƏDƏLƏDİ! – «Fikirləşin, Çinin başına nələr gələ bilər…»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin başçısı Donald Tramp 2020-ci ildə prezident seçkilərində təkrar ABŞ prezidenti seçiləcəyi təqdirdə, Çinlə ticarət şərtlərini sərtləşdirəcəyini vəd edib.

Öz qələbəsinə əmin olan Tramp, Çinə tövsiyə edib ki, qərar qəbul etməyə tələssin və öz biznesi üçün məhvedici nəticələrdən qaçmaq üçün danışıqlarda daha «dilavər» olsun.

«Fikirləşin, mən seçiləndə, Çinin başına nələr gələ bilər. Sövdələr daha sərt olacaq! Bununla bərabər, mal göndərənlər şəbəkəsi çökəcək, biznes, iş yerləri və pul buxarlanacaq!» - deyə, Tramp «Tvitter»də yazıb.

Prezidentin sözlərinə görə, seçkilərdə Demokrat partiyasından olan namizədin seçiləcəyi halda, Çin ABŞ-ı «qarət edə» bilərdi, necə ki, Barak Obamanın prezidentliyi dövründə belə olmuşdu.

Tramp bəyan edib ki, bundan əvvəlki administrasiyanın fəaliyyəti dövründə ABŞ hər il digər dövlətlərə edilən ticarət güzəştləri səbəbilə 600 milyard dollar itirib.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar