“HİSS OLUNUR Kİ, PATRUŞEVİN SƏFƏRİ CİDDİDİR...” – Tofiq Zülfüqarov

Sentyabrın 3-də prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafındakı rolu vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfərini “Amerikanın Səsi”nə şərh edərkən bildirib ki, Nikolay Patruşevin Azərbaycana səfəri Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artdığı bir vaxta təsadüf edir. “Hiss olunur ki, Nikolay Patruşevin səfəri vacib və ciddi bir səfərdir. Ən əsası da Ermənistan-Azərbaycan münasibətlərinin gərgin halını nəzərə alsaq, hiss olunur ki, vacib mövzulara həsr olunan bir səfərdir. Bir də qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Paşinyanın bu ilin yayından başlayan təhdidedici siyasəti Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz. Çünki Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir. Hiss olunur ki, Paşinyanın əsas məqsədi bu hərbi əməliyyatlardan bəhanə kimi istifadə edərək, qəbyönümlü siyasətini daha da fəallaşdırmaqdır. Ermənistan rəhbəri həm də bundan istifadə edərək, onu qəbul etməyən Rusiya rəhbərliyinin himayəsindən uzaqlaşmaq istəyir,” - Zülfüqarov bildirib.

635x100

Şərhlər

t.ddalete 2019-09-04 11:43:18

t.edalet bu sozleri hardan yazir sen hardan bilirsen o niye gelib ne isteyir yoxsa xarici dovletler ve Turkiyeden qorxub teshvishe dushub bura gelib,otur evinde qezet jurnaldan oxu cayini ic, dovletin ishlerine qarishma

vuqar 2019-09-04 11:43:18

generallar HUCUM ancaq HUCUM deye NERE cekmelidir Ele NERE cekmelidirki YER GOY LERZEYE GELSIN SESI XANKENDINOE ESIDILSIN! ATATURKUN MUHARIBESINDEN LAZIMDIR! HER SEY NAMUS QEYRET VETEN UCUN! BALALARIMIZIN GELECEYI NAMINE BIZ BUNU ETMELIYIK! GERIYE YOLUMUZ YOXDUR!

patriot 2019-09-04 11:43:18

tofiq bəy indi neynəməliyik müharibə etməyək ki rusiya ermənistani itirəcək ? cəhənnəmə itirsin rus siyasətciləridə rədd olsun ermənidə!!!! torpaqlari müharibə yolu ilə almaliyiq mütləq MÜHARİBƏ YOLU İLƏ qarabaq bizim qeyrət namus yerimizdi başqa yolumuz yoxdu 25 dən 65 ə qədər səfərbrlik olmalidi

EJDER 2019-09-04 11:43:18

AYE BU KQBEWNIK PUTININ KASSIRIDIR,AYE.HER WEY AYDINDIR,LUKAWENKO CANI.QARABAQI ANCAQ BIR YOLLA QAYTARABILERIK,BUNU HAMI BILIR,ANCAQ OZUMUZ,SARAKOZI CANI

Vətəndaş 2019-09-04 11:43:18

Onun gəlməyinin əsl mahiyyətinin rəsmi açıqlamasıə olmalıdır xalqa. Müharibə şəraitində yaşayan xalq, əhali bu gəlişdən çox narahatdır. Əslində Qarabağ məsələsi üçün Lavrov, diplomatlar gəlməlidir. Patruşevin gəlməyi çox müəmmalıdır.

t.ədalət 2019-09-04 11:43:18

Patruşevin Bakıya gəlişi DQ və ona bitişik ərazilərin azad olunmasına böyük dövlətlərin,o cümlədən Türkiyənin bu məsələyə yönələn marağından keçirilən təşvişdən irəli gəlir.Rusiyanın Dağlıq Qarabağ və ona bitişik ərazilərdə saxladığı qoşunun varlığı indi hamıya məlumdur.Patruşevin gəlişi iki respublika arasında münasibətlərin,bundan sonra da gərgin olaraq davam etməsinə,son nəticədə aralıq xəttinə rus ordusunun soxulması ilə ərazilərimizin,tədricən "de-yure" ermənilərə qalmasına xidmət edir..

Cəmşid Dərələyəzli 2019-09-04 11:43:18

Təbii ki, bu gəliş guya ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi adı altında, Qarabağ müzakirəsidir. Bu Xoruzun quyruğu həmişə görünüb. Həqiqətən yenə də Rusiya Azərbaycana dur deməyə gəlibsə əgər, bu yanlış. Yeter artıq Rusiya bizə dur, erməniyə isə get Azərbaycan torpaqlarında qur, yarat, yallı get, onsuz da arxanızdayıq, o topraklar sizindir deyemez. Artıq Azərbaycan xalqı bu haqsızlığa dur deməyin vaxtıdır deyə düşünür. Yetər artıq.

Son yazılar