YAQUB EYYUBOVDAN SENSASİYALI AÇIQLAMA - “Heç kim Rusiyanı sındıra bilməz!”

“Rusiya elə ölkə deyil ki, onunla sanksiya dilində danışmaq mümkün olsun”. Bu bəyanatla Rusiya prezidenti Vladimir Putin və ya digər Kreml rəhbərləri deyil, Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, Y.Eyyubov Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxışı zamanı Qərbin Rusiyaya qarşı sanksiyalarının mənasız olduğunu deyib.

Rusiyanın NTV telekanalının İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Azərbaycan baş nazirinin müavini əmin olduğunu bildirib ki, yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək.

Biz Avropa İttifaqı, ABŞ və Rusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək” - deyə Eyyubov bildirib.

Xatırladaq ki, hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Rusiya baş nazirinin müavini Dmitri Roqozin də Bakıya səfər edib. Bu iclas haqda informasiyaları Roqozini müşayiət edən rusiyalı jurnalistlər daha operativ yayır.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan edib. Bu səfər sanksiyaların hədəfi iri neft şirkətləri, hərbi sənaye müəssisələri və ayrı-ayrı rəsmilərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar