AMEA-ya üzv təyin edilənləri kimlər himayə edib? – Prezidentə MÜRACİƏT

“Hamısının səsi baryeri aşmaq üçün dəfələrlə şişirdilib”

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərlə bağlı narazılıqlar davam edir. Seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu bildirən bir qrup alim narazılıqlarını açıq formada ifadə edirlər. Onlar AMEA-nın üzvlərinin seçki yolu ilə deyil, əvvəlcədən müəyyən edilmiş siyahı əsasında təyin edildiyini bildirirlər. Və bunda Prezident Administrasiyasını (PA) və AMEA-nın rəhbərliyini ittiham edirlər. Narazılar Prezident İlham Əliyevdən AMEA-ya seçkilərin nəticələrini ləğv etməyi və özünün nəzarəti altında yeni seçkilər keçirməyi xahiş edirlər.

Bu tələblə çıxış edənlərdən biri də tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Şahverdiyevdir. İndiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən) Elman Şahverdiyev, həm də 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir.

Xatırladaq ki, 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərən, ABŞ-da dərc olunan “Dynamical and Control Systems” (IASR) Jurnalının Editorlarından biri olan Elman Şahverdiyev bir müddət əvvəl “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə

Elman Şahverdiyev[/caption]

Məktubuna cavab almayan Elman Şahverdiyev “AzPolitika.info” vasitəsilə Prezident İlham Əliyevə növbəti müraciətini ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Bildiyiniz kimi 30 iyunda AMEA-ya yeni təyinatlar olub. Fizika üzrə 7 müxbir və 3 həqiqi üzv təyin edilib. Baxmayaraq ki, ən konservativ verilənlər bazasında - SCOPUS-da elmi işlərimə sitatların sayı və Hirş indeksim AMEA-nın bütün həqiqi və müxbir üzvləri arasında ən yüksəkdir, AMEA-dan kənarda saxlanılmışam.

Müxbir üzv təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır. Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından az qala iki dəfə azdır. AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var. Təyin edilmişlər arasında 28 il məqalələr dərc etdirməyən bir nəfər var, onu Sizin ən yaxın rektor qohumunuz təyin etdirib. Həm də daha iki həqiqi üzvü .

Bir nəfər isə faktiki seçkidə iştirak etməyə-etməyə təyin edilib. Halbuki, o, sənədlərini yazılı ərizəsi ilə geri götürmüşdü. Onu və digər dörd nəfəri isə Prezident Administrasiyasının Humanitar Şöbəsi müxbir üzv təyin etdirib.

Bir həqiqi və bir müxbir üzvü isə Prezident Administrasiyasının rəhbərliyi təyin edib.

Prezident Administrasiyası tərəfindən təyin edildiklərinə baxmayaraq, onların demək olar ki, hamısının səsi “seçilməyə” lazım olan baryeri aşmaq üçün dəfələrlə şişirdilib. Məsələn, bir nəfərin topladığı 4 səs 28 səs olub (31 səsdən). Digər bir nəfərin 2 səsi 25 “yazılb” və sair.

Təyin edilməşlərin böyük əksəriyyəti Azərbaycan elminə azacıq da olsa sitat gətirməyənlərdir. Baxın, illərdir bu cur təyinatların nəticəsidir ki, http://www.scimagojr.com/countryrank.php məlumatına görə, Azərbaycan elmi işlərə olan sitatların sayına, Hirş indeksinə, bir məqaləyə sitatların sayına görə hər iki Cənubu Qafqaz ölkəsindən dəfələrlə geridə qalır, fərq ildən-ilə böyüyür. Keçmiş 15 sovet respublikası arasında isə Azərbaycan 12-ci yeri tutur.

Cənab Prezident!

Mən bu ədalətsizliklər barəsində Sizə aylardır saytınız və mətbuat vasitəsi ilə müraciətlər edirəm. Cavab almamışam. Axı necə ola bilər ki, Azərbaycan elminə cüzi sitat gətirənlər üzv təyin edilirlər, mükafatlandırılırlar, ən çox sitat gətirən isə Akademiyadan kənarda saxlanılır!!! Sizin bu cür ədalətsizliyə mövqe bildirməməyiniz layiqsiz təyinatları həyata keçirənləri yeni ədalətsizliklərə ruhlandırır və ruhlandıracaq. Görəsən niyə Sizin etibar etdiyiniz məmurlar Azərbaycan vətəndaşlarına ikili standartlarla, selektiv yanaşırlar!!!

Cənab Prezident!

Sizə bildirmək istəyirəm ki, mən bu cür ədalətsizliklə barışa bilmirəm. “Oldu- keçdi” deyərək, insanları inzibati yollarla susdurmaq, fakt qarşısında qoymaq yanaşmasını qəbul edə bilmirəm. Ədalətin bərpası üçün atılacaq potensial addımların ölkə rəhbərliyinin “geri çəkilməsi, zəifliyi” kimi qəbul edilməsi fikri ilə də razılaşmıram. Ona görə də Sizdən xahiş edirəm ki, vəziyyətdən çıxış yolunu göstərəsiniz.

Hörmətlə:

Elman Şahverdiyev

“AzPolitika.info”-dan: AMEA rəhbərliyinin, eləcə də Elman Şahverdiyevin müraciətlərində adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar