Kaliforniyada batan gəmidəki 33 nəfərin meyiti sudan çıxarılıb

ABŞ-ın Kaliforniya ştatında xilasedicilər yanğın nəticəsində Santa-Kruz adası sahillərində batan "Conception" gəzinti gəmisindəki 33 nəfərin meyitini suyun üzünə çıxarıblar. Bir nəfərin cəsədi hələ tapılmayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Gəminin qəza şəraitinin araşdırılmasında Federal Təhqiqatlar Bürosu da iştirak edir.

Göyərtəsində dayvinq və dəniz balıqçılığı həvəskarlarının olduğu "Conception" gəmisi sentyabrın 2-də Santa-Kruzun şimal sahilindən 18 mil aralıda batıb.

Heyət üzvlərindən beş nəfər xilas ola bilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar